Donald Trampın andiçmə mərasimini pozmaq məqsədi ilə aksiya keçiriləcək

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın andiçmə mərasiminə etiraz olaraq minlərlə insanın iştirakı ilə aksiya keçirilməsi nəzərdə tutulub. BBC xəbər verir ki, etiraz aksiyasının iştirakçıları andiçmə mərasiminin keçiriləcəyi Kapitoliyaya gedən 12 buraxılış məntəqəsini bağlamaq niyyətindədir. İnformasiyaya əsasən, yeni dövlət başçısının andiçmə günü, yanvarın 20-də Vaşinqtonda müxtəlif aksiyalar keçirmək üçün 27 təşəbbüs qrupu icazə alıb. Məlumata görə, D.Trampın andiçmə mərasiminə 800 min tamaşaçı toplanacaq. Tədbirin təhlükəsizliyini isə 15 mindən çox asayiş keşikçisi təmin edəcək.Report

DİGƏR XƏBƏRLƏR

Top