Sosial şəbəkələrdə YAŞAT Fondunun 65 gündən çoxdur komada qalmış qazinin Türkiyəyə göndərməməsilə bağlı məlumat yayılıb. İddialara görə, vəziyyəti ağır olan XTQ-nin giziri Hüseynin Türkiyəyə göndərilməsi üçün xüsusi təyyarə lazım olduğundan YAŞAT Fondu məsuliyyəti nazirliyin üzərinə atır.
Məsələ ilə bağlı YAŞAT Fondundan Yeniavaz.com-a verilən məlumata görə, sözügedən qazi növbəti həftə müalicə üçün Türkiyəyə göndəriləcək: “YAŞAT Fondu həkimlərin rəyi əsasında müəyyənləşdirir ki, hansı qazi göndərilməlidir. Çünki elə ağır vəziyyətdə olan qazilər var ki, Bakı daxilində belə bir xəstəxanadan digərinə köçürmək olmaz. Bunlar hamısı həkim rəylərinə əsasən baş verir”.