ABŞ Qaşıqçı cinayəti ilə bağlı 76 nəfərə sanksiya tətbiq etdi


ABŞ Dövlət Katibi Antoni Blinken Səudiyyə Ərəbistanı vətəndaşı olan 76 şəxsə sanksiyalar tətbiq edib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, həmin şəxslərin 2018-ci ildə Türkiyədə öldürülən Camal Qaşıqçı cinayəti ilə əlaqəli olduqları bildirilib. Antoni Blinkenin sözlərinə görə, ABŞ-ın bu qərar kəşfiyyatın Qaşçıqçı cinayəti ilə bağlı təqdim etdiyi hesabatdan sonra verilib. 
Qeyd edək ki, ABŞ kəşfiyyatı Camal Qaşıqçı cinayətini birbaşa Səudiyyə Ərəbistanın vəliəhdi Muhamməd bin Salmanın sifariş verdiyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top