Azərbaycanda nə qədər elektrik enerjisi istehsal olunub? – Nazirlik və Komitə fərqli rəqəmlər deyir...


Yola saldığımız 2020-ci ildə Azərbaycanda  ümumi elektrik enerjisi istehsalı 25 milyard 811,2 milyon kVt-saat olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı Energetika Nazirliyi tərəfindən açıqlanan illik hesabatda yer alıb.
Məlumat üçün bildirək ki, Dövlət Statistika Komitəsinin elektrik enerjisi istehsalı ilə bağlı açıqladığı rəqəm Energetika Nazirliyinin açıqladığı rəqəmdən fərqlidir. Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə ölkədə 24 milyard 31,5 milyon kVt-saat elektrik enerjisi istehsal olunub. 
Rəqəmlərdən də göründüyü kimi, iki dövlət qurumunun açıqladığı göstəricilər arasında 1 milyard 779,1 milyon kVt-saatlıq  və ya 7,5% fərq var.

DİGƏR XƏBƏRLƏR

Top