Bayden: "Dürüst olmaq istəyirəm, koronavirus geri qayıda bilər"


ABŞ prezidenti Co Bayden ölkədə koronavirusa yoluxma hallarının azalmasına baxmayaraq amerikalıları ayıq olmağa çağırıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Bayden sonuncu çıxışı zamanı ABŞ-da peyvəndləmə artdıqca infeksiya və xəstəxanaya yerləşdirilmə sayının azaldığını bildirib:
“Nə qədər çox insan peyvəndlənsə, pandemiyaya bir o qədər tez qalib gələcəyik. Doğru yolda gedirik”.
Bayden həmçinin deyib ki, ABŞ-da daha bir vaskin hazırlanıb. Ancaq, peyvəndləmənin artması və ya vaksinlərin olması insanlarda rahatlığa səbəb olmamalıdır:
"Dürüst olmaq istəyirəm, virusun yeni ştamları ortaya çıxmağa davam etsə xəstəlik geri dönə bilər. İndi rahatlamağın zamanı deyil. Hazırda ən pis şey ayıq-sayıq olmağı bir kənara atmaqdır".

DİGƏR XƏBƏRLƏR

Top