ABŞ-da daha bir təyyarə qəzaya uğradı, 3 nəfər öldü


ABŞ-ın Corciya ştatında tək mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində ən azı üç nəfər ölüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “WSB” televiziyası məlumat verib. Bildirilib ki, təyyarə Qainesville hava limanından qalxaraq Florida ştatı istiqamətində hərəkət edib. Təyyarə uçuş nöqtəsinə yaxın bir yerdə hələlik bilinməyən səbəbdən dərəyə düşüb. Hadisə nəticəsində 3 nəfər dünyasını dəyişib. Həmçinin, yanacaq sızması səbəbindən qəza yerinin yaxınlığında yerləşən bir evin sakinləri təxliyə edilib.
Qeyd edək ki, bu ABS-da bu ay baş verən 3-cü təyyarə qəzasıdır.
 

DİGƏR XƏBƏRLƏR

Top