Bakıda iki avtomobil toqquşdu - xəsarət alan var


Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Məmmədov Məmmədqulu Qəşəm oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ aşıq baldır oynağının, bayır topuğunun qapalı sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top