Oğurluq etmək istədi, elektrik cərəyanı vuraraq öldürdü - Yevlaxda


Yevlax rayon sakini faciəvi şəkildə ölüb.

Hadisə rayonun Kolanı kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, Yevlax rayonunun Malbinəsi kənd sakini, 1991-ci il təvəllüdlü Vüsal Məmməd oğlu Mehrəliyev Kolanı kəndindəki taxıl və yonca sahələrinin suvarılması üçün istifadə edilən artezian quyularındakı transformatorun naqillərini oğurlamaq istəyib. Ancaq naqilləri kəsmək istəyərkən onu elektrik cərəyanı vurub və o, hadisə yerində ölüb.

Mərhumun bundan öncə Tərtər və Yevlaxda da eyni əməlləri törətməkdə şübhəli bilindiyi ortaya çıxıb.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.//report

DİGƏR XƏBƏRLƏR

Top