Elxan İbrahimov da Müdafiə Nazirliyindən uzaqlaşdırılıb? - YENİLƏNİB

Bəzi elektron media resurslarında polkovnik Elxan İbrahimovun Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb.

Müdafiə Nazirliyindən bildirilib ki, polkovnik Elxan İbrahimov əvvəl olduğu kimi hazırda da Tibb Baş İdarəsi rəisinin müavini vəzifəsindədir.

Qeyd edilib ki, Tibb Baş İdarəsinin rəisi vəzifələrinin icrası müvəqqəti olaraq polkovnik Firuddin Nəbiyevə həvalə edilib.

***20:35
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimov tutduğu vəzifədən azad edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Rupor.az saytı məlumat yayıb.

Qeyd edək ki, Elxan İbrahimov 2020-ci ilin iyulunda sözügedən vəzifədən ehtiyata buraxılan general-mayor Natiq Əliyevin vəzifələrini icra edirdi. O, daha öncə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinin Tibb xidmətinin hərbi həkim komissiyasının sədri vəzifəsində çalışıb. Polkovnik daha sonra xidmətini davam etdirmək üçün müdafiə nazirinin sərəncamına göndərilib.

Onu da əlavə edək ki, Elxan İbrahimovun müdafiə naziri Zakir Həsənovun yaxın qohumu olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top