Daxili İşlər Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzinin polis əməkdaşları tərəfindən saxlanılmasına münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, AXCP üzvü bu gün "Ana harayı" abidəsini ziyarət edən zaman ona yaxınlaşaraq sual verən bloqerə qarşı nalayiq ifadələr işlədib:
"Bundan sonra blogerin müraciəti əsasında Seymur Həzi polis bölməsinə aparılıb. Orada onunla praflaktik söhbət aparıldıqdan sonra izahatı alınaraq sərbəst buraxılıb".