Mingəçevirdə kütləvi ölən quşlar nəyin xəbərçisidir? - FOTOLAR


Son günlər Mingəçəvir şəhəri ərazisində qarğaların  kütləvi ölümü müşahidə edilir.
Şəhər sakinləri Yeniavaz.com-a bildirirlər ki, parklarda, küçələrdə, hətta Mingəçevir Şəhər Xəstəxanasının həyətində qarğa leşlərinə son iki həftədə tez-tez rast gəlirlər. Hündür ağaclardan yerə çırpılan quşların, müxtəlif rəngli olması da diqqət çəkir.
Şəhər sakinləri Mobil Ələkbərov və Telman Hüseynov  deyirlər ki, qarğaların kütləvi ölümü hər hansı xəstəliyin yayılmasına səbəb ola bilər. Elə bunu nəzərə alan Mingəçevir sakinləri narahatdırlar. Onlar adiyyatı qurumları tezliklə hərəkətə keçməyə, quşların ölüm səbəbini müəyyən etməyə səsləyiblər.
Digər şəhər sakini Mehman Məlikov isə bildirir ki, şəhərin müxtəlif yerlərində bir gündə 5 və daha çox ölü quşlara rast gəlib
Məsələ ilə bağlı Mingəçevir Şəhər Baytarlıq İdarəsinə müraciət etdik. İdarə rəisi Talıb Talıbov şifahi olaraq bildiridi ki, məsələdən xəbərsizdir. T. Talıbov şəhər sakinlərinin idarəyə müraciət etmədiyini dedi.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top