Ermənistan prezidenti müxalifətçilərlə görüşə razılıq verib


Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanın istefası tələbi ilə İrəvanda “Baqramyan” prospektini bağlayan müxalifətçilərlə görüşə razılıq verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Müxalifətçilərin sözlərinə görə, etiraz vaxtı prezidentin nümayəndəsi onlara yaxınlaşıb və Sarkisyanın onlarla görüşəcəyini bildirib.
Qeyd edək ki, Ermənistanda sabiq baş nazir Vazgen Manukyanın başçılığı altında baş nazir Paşinyana qarşı etiraz aksiyası keçirilib.
 

DİGƏR XƏBƏRLƏR

Top