Peskov Qarabağda əldə olunan bəyanatın pozulması təhlükəsindən danışdı


Kremlin sözçüsü Dmitri Peskov Qarabağla bağlı növbəti açıqlama verib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Peskov jurnalistlərə verdiyi açıqlamasında Azərbaycan Rusiya və Ermənistan arasında Qarabağla bağlı əldə olunan bəyanatdan danışıb. Peskov, “Kreml Ermənistandakı hadisələr səbəbilə Qarabağla bağlı razılaşmaların pozulma təhlükəsini görmür”-deyə bildirib.
Qeyd edək ki, dünən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı baş nazir Nikol Paşinyanın istefasını tələb etmişdi.

 

DİGƏR XƏBƏRLƏR

Top