Prezident Qarabağa qaytarılan ermənilərdən danışdı


"Hazırda Qarabağ ərazisində yaşayan erməni əhalinin Azərbaycan əhalisi ilə təması yoxdur. Nəzərə almaq lazımdır ki, orada indi Azərbaycan əhalisi yoxdur. 30 il ərzində olmayıb və hələ ora qayıtmayıb".
Yeniavaz.com
xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib. 
Dövlət başçısının sözlərinə görə, Ermənistan əhalisi hal-hazırda Rusiya sülhməramlılarının nəzarətindədir və oradan da heç yerə çıxmırlar: “Onlar oradan kənara çıxa da bilmirlər, hər tərəf minalarla səpələnib. Ona görə də Ermənistan və Azərbaycan əhaliləri arasında gündəlik təmaslar üçün şərait püxtələşib. Birincisi Ermənistan Azərbaycanın yalan tarixlərdən əl çəkməlidirlər, bütün dünyanı orda yaşayan insanları aldatmamalıdırlar. Azərbaycanın ərazi bütövlüyünü tanımalıdırlar. Bu da qaçılmazdır. 
Artıq rəsmilər, işçi qruplar, Baş nazir müavinləri, digər rəsmi nümayəndələrin səviyyəsində görüşlər əsasında olan əlaqələr müəyyən zəmin yaratmalıdır. Ermənistan tərəfi bir şeyi başa düşməlidir ki, bizi aldatmağa çalışmasınlar. Amma təəssüf ki, biz bunu yenə də görürük. Sözdə bir şey deyib, əməldə başqa şey göstərirlər. Amma onlar bu vəziyyətdə deyillər. Səmimi iş görməlidirlər, nəyəsə razılıq verirlərsə, etməlidirlər. 
Azərbaycan əhalisi azad olunan ərazilərə qayıtdıqdan sonra təbii ki, artıq təmaslar yaranacaq. Xankəndidə olanların normal yaşayışı və digər yaşayış məntəqələrindəki insanlar üçün Azərbaycan olmadan normal yaşayış mümkün deyil”.

DİGƏR XƏBƏRLƏR

Top