"Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur, amma hər şeyin öz vaxtı var"


"Bəzi məsələlər hələ icra edilmir. Onlar üçün zaman lazımdır. Bəzi məsələlər var ki, onlar 10 noyabr bəyanatında öz əksini tapmayıb. Amma ondan sonrakı dövrə razılaşdırılıb. Lakin onların bir qismi icra edilir, bir qismi isə yox. Rusiya sülhməramlı qüvvələri bizim ərazimizə xarici vətəndaşların gəlməsi məsələsində o qədər də ciddi addımlar atmırlar. Bu bizi narahat edir və bunu da Rusiya tərəfinə çatdırırıq. Əminəm ki, vaxt keçdikcə bu məsələlər tənzimlənəcək". 
Yeniavaz.com
 xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib. 
Prezident bildirib ki, 10 noyabrdan sonra bizim bölgəmizdə və dünyada yeni vəziyyət yaranıb: “Biz bu vəziyyətə uyğunlaşmalıyıq və hər bir ölkə buna öyrəşməlidir. Bu bizim və qonşu ölkələr üçün yeni vəziyyətdir. Burada həm logistik, həm texniki, həm nəqliyyat, həm də psixoloji problemlər var. Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur, amma hər şeyin öz vaxtı var. Biz addım-addım öz hədəfimizə çata bilmişik və 44 gün ərzində mümkün olmayanı reallığa çevirmişik”.

DİGƏR XƏBƏRLƏR

Top