Prezident: "Xanım olaraq dost ölkədən gəlmisiniz və mən çox da dərinə getmək istəmirəm" - VİDEO


Bu gün keçirilən mətbuat konfransında Prezident İlham Əliyevlə İranın "Mehr" agentliyinin jurnalisti arasında maraqlı dialoq yaşanıb. 
Yeniavaz.com
xəbər verir ki, sözügedən dialoqu təqdim edir: 
Jurnalist: İkinci Qarabağ müharibəsi vaxtlarında regionda terrorçu qurupların olması ilə bağlı xəbərlərin yayılırdı. Bu isə bütün regionda təhlükə yaradır. Bununla bağlı Azərbaycan tərəfindən hansı tədbirlər görülüb? 
Prezident İlham Əliyev: Siz terrorçu qurupları haqqında danışdınız. Bunu hansı ölkədən alınmış məlumatlara əsasən deyirsiniz?
Jurnalist: Cənab Prezident, müxtəlif region xəbər agentliklərinə istinadən. O ölkələri sadalamayım.
Prezident İlham Əliyev: Sizin sualınız ittiham formasındadır. Hər hansı məlumat haqqında danışanda, mənə qeyd edilməlidir. Siz deyirsiniz ki, belə bir məlumatlar yayılıb. Mən bunun mənbəsini xahiş edirəm.
Jurnalist: Sizcə ümumiyyətlə regionda terrorçu qurupların fəaliyyətinin qarşısı necə alınmalıdır?
Prezident İlham Əliyev: Hansı regiondan danışırsınız? Siz mənə dəqiq məlumat verə bilmirsiniz. Bilirsiniz, kimisə ittiham etmək asandır və onu sual formasında verə bilərsiniz. Lakin dediyinizin arxasında durmalısınız. Yəni xəbər deyirsiniz, hansı mənbələrə istinadən deyirsiniz? Elə sual verilsəydi mən daha aydın cavab verərdim.
Jurnalist: O zaman gəlin keçək mənim ikinci sualıma.
Prezident İlham Əliyev: Hesab edirəm ki, siz artıq özünüz birinci sualınıza cavab verdiniz. Müharibə zamanı hər hansı terrorçu qurupların iştirakı ilə bağlı elə hesabatlar, sübutlar yoxdur. Bu uydurulmuş məlumatlardır. Təəssüf edirəm ki, dost ölkədən olan jurnalist belə bir sual verir. Adətən ittiham xarakterli sual digər ölkələrdən olur. Azad edilmiş ərazidə heç bir terrorçu olmayıb, hər bir şeyi bizim Ordumuz edib. Bu ittihamlar Ermənistan tərəfindən ediləndə anlaşılan idi və onlar üçün bəhanə xarakter daşıyırdı. Onlar üçün etiraf etmək ağrılı məsələdir ki, onları Azərbaycan Ordusu məğlub edib. Siz və sizin həmkarlarınız bu terrorçuları görübmü? Bizə bir ad belə verə bilərsinizmi? Sizə tövsiyyəm olardı ki, bu spekulyasiyalarla məşğul olmayasınız. Siz xanım olaraq dost ölkədən gəlmisiniz və mən çox da dərinə getmək istəmirəm. Ancaq xahiş edirəm sualınızda daha məsuliyyətli olun!

DİGƏR XƏBƏRLƏR

Top