İsrail fələstinlilərin hamısını peyvəndləməyə cəlb etməyib


İsrailin Qərbi Şəriə, eləcə də Qəzzada işğal və blokada şəraitində yaşayan fələstinlilərin hamısını peyvəndə cəlb etmədiyi bildirilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrail Qərbi Şəriədəki səhiyyə işçilərinin peyvənd olunması üçün 5000 doza peyvənd göndərəcəyini bildirsə də, Fələstin rəhbərliyinə bu günə qədər cəmi 2000 doza peyvənd çatdırdığı bildirilib.
Qeyd edək ki, dünyada əhalisinin sayına görə ən çox peyvənd vurduran ölkə İsraildir. İsrail Səhiyyə Nazirliyinin məlumatına görə peyvəndin ilk dozası təqribən 9,3 milyon əhalisi olan ölkədə 4 milyon 598 min 197 nəfərə, ikinci dozası isə 3 milyon 209 min 993 nəfərə vurulub.

DİGƏR XƏBƏRLƏR

Top