"Paşa Holdinq" ilə eyni ünvanda yerləşən iki şirkət birləşdi


Azərbaycanın ən böyük şirkətlərindən biri olan “Paşa Holdinq” ilə eyni ünvanda – Bakı şəhəri, Neftçilər prospekti 153-də qeydiyyatdan keçən “Agro Daıry Operations” MMC-nin (VÖEN:1403508791) fəaliyyətinə xitam verilib.
Yeniavaz.com xəbər verir ki, fəaliyyətinə xitam verilən bu şirkət eyni ünvanda qeydiyyatdan keçən “Agro Daıry” MMC-yə (VÖEN:1402799121) qoşulur.  
Qeyd edək ki, nizamnamə kapitalı 101 010 manat olan “Agro Daıry Operations” MMC  29.08.2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 11 800 000 manat olan “Agro Daıry” MMC  isə 14.04.2014-cü ildə dövlət qeydiyyatına alınıb. Hər iki MMC-nin qanuni təmsilçisi Hacıyev Vahid Rasim oğludur.
Məlumat üçün bildirək ki, Vahid Hacıyev daha əvvəl neft sektorunda - “BP Azərbaycan” şirkətində müxtəlif yüksək vəzifələrdə çalışıb.
Onu da qeyd edək ki, “Agro Dairy” MMC taxılçılıqla məşğul olan Azərbaycanın aparıcı kənd təsərrüfatı şirkətlərindən biridir və əsasən  Samux, Tovuz və Hacıqəbul rayonları ərazisində fəaliyyət göstərir.

DİGƏR XƏBƏRLƏR

Top