Prezident: “Biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur”


“Biz Xocalıya da qayıdacağıq. Başqa yolu yoxdur. Və Ermənistan tərəfi də bunu anlamalıdır. Süni əngəllər yaratmaq istəsə, ancaq özünə zərbə vurmuş olar”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan xalqı əvvəllər olduğu kimi, bundan sonra da erməni xalqı ilə birlikdə yaşamağa hazırdır:
“Bu yaxınlarda mənə verilən məlumata görə bizim jurnalistlər Azərbaycanda yaşayan keçmiş Ermənistan Müdafiə nazirinin bacısını da tapmışdılar. 90-cı illərdə Ermənistan Müdafiə naziri olub. Hansı ki, Azərbaycana qarşı soyqrımın törədilməsində iştirak edib. Onun doğmaca bacısı azərbaycanda yaşayır. Ona bir söz deyən var? Yoxdur. Azərbaycan xalqının əxlaqı budur, mənəvi durumu budur. Biz bundan sonra da buna hazırıq. Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar. Noyabrın 10-da imzalanmış bəyanatda bu göstərilir”.
 

DİGƏR XƏBƏRLƏR

Top