
Türkiyənin Milli Müdafiə Nazirliyi Xocalıda qətlə yetirilmiş soydaşlarımızı yad edib.
Yeniavaz.com xəbər verir ki, bu haqda nazirliyin tviter səhifəsində bildirilib:
“29 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən Azərbaycan türklərinin ağrı-acısını ürəyimizdə yaşamağa davam edirik. Qundaqdakı körpələri belə öldürən caniləri unutmadıq, unutmayacağıq! Xocalıda şəhid olan bütün soydaşlarımıza Allahdan rəhmət diləyirik.