Deputat: "Texnologiya əsrində yazıq yaşlı qadınları niyə traktor əvəzi işlədirlər?"


“Əzizbəyov heykəlinin yanından dönüb Parlamentə gedirəm. Məktəbin qarşısında yolun qırağında bərkimiş və çox çirkli qar topaları yığılıb. 5-6 qadın Fərhad kimi külüng çalır, donmuş çirkli qarı parçalayıb yola tökürlər. Başa düşmürəm ki, bu texnologiya əsrində bizim yazıq yaşlı qadınlarımızı niyə traktor əvəzi işlədirlər?”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev özünün feysbuk səhifəsində yazıb. O bildirib ki, ötən iki gündə şəhər təsərrüfatı işlərinin öhdəsindən gələ bilməyib:
“Məgər şəhər təsərrüfatının maşınları yoxdur? Axı təzələri də alınıb. Bu çirkli qarı niyə yola töküb zibilləyirsiniz? Traktor kürüsün, toplasın, yığsın maşınlara, aparıb töksün ağacların dibinə. O yazıq qadınlar da başqa yüngül təmizlik işləri aparsınlar.
Mənim Bakı şəhər icra hakimiyyətinə pis münasibətim yoxdur. Amma, deməliyəm ki, bu bir-iki gündə şəhər təsərrüfatı işlərinin öhdəsindən gələ bilmədi. Şəhər iflic oldu, mən də iki gün Novxanıda girovluqda qaldım, şəhərə qayıda bilmədim.
Olmaz belə!”.

DİGƏR XƏBƏRLƏR

Top