Prezident: “Özüm-özümə bəlkə də hər gün eyni sualı verirəm”


“Bilirsiniz, mən də özüm-özümə bəlkə də hər gün eyni sualı verirəm”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün keçirilən mətbuat konfransında türkiyəli jurnalistin “İnsanlar işğaldan azad edilmiş torpqlara hansı tarixdə qayıdacaqlar?” sualını cavablandırarkən deyib. Prezident bildirib ki, bu proses minatəmizləmə işləri başa çatdıqdan sonra başlayacaq:
“Mən də istəyirəm ki, qısa müddət ərzində biz buna nail olaq. Amma bunun üçün əlbəttə ki, kompleks tədbirlər görülməlidir. Minalardan təmizləmə prosesi başa çatandan sonra paralel olaraq biz bu işlərə başlayırıq. Artıq Zəngilan rayonunun 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərində “Ağıllı kənd” layihəsi tətbiq olunmağa başlayır. Təlimat vermişəm ki, bu ilin sonuna qədər proses başa çatsın. Orada minə yaxın insan yaşayacaq. Belə pilot layihələr çox ola bilər.
Böyük şəhərlərə qayıdış üçün öncə şəhərlərin baş planları tərtib edilməlidir. Müharibədən əvvəl Ağdam şəhərində 40 min əhali yaşayırdı. İndi isə nüfuz artıb, onlar da 50 min nəfər olub. Biz binalar, məktəblər, xəstəxanalar inşa etməliyik. Bunlar böyük bir zaman tələb edir. Bizim yarışacağımız əsas tərəf müqabili zamandır. Vəsait də var, bütün gücləri də səfərbər etmişik.
Mən hansısa bir tarix vermək istəməzdim, halbuki mənim ağlımda tarixlər var. Vaxtından əvvəl istəməzdim insanları sevindirib, həm də həyəcanlandırmayım. Amma mərhələli şəkildə biz insanları ora qaytaracağıq”.

DİGƏR XƏBƏRLƏR

Top