Dünya bazarında Azərbaycanda hasil olunan "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti bu gün – 26 fevral tarixində 0,21 dollar artaraq 66,98 dollar olub.
Yeniavaz.com xəbər verir ki, "Azeri Light" markalı neftinin qiyməti fevral ayınının əvvəlindən ötən 26 gün ərzində 10 dollardan çox bahalanıb.
Məlumat üçün bildirək ki, "Azeri Light" markalı neftinin qiyməti bu ilin aprel ayının 22-də ən aşağı səviyyəyə - 1 barelinin qiyməti 15,8 dollara düşüb. "Azeri Light" markalı neft ən yüksək qiymətə isə 2008-ci ilin iyul ayında satılıb. Həmin tarixdə 1 barel "Azeri Light" markalı neftin qiyməti 149,66 dollar olub.
Bu gün ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin dəyəri 1 barelə görə 66,24 dollar təşkil edir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin dəyəri isə bu gün 1 barelə görə 63,30 dollar olub.