İlham Əliyev: "Biz bütün hərbi əsirləri qaytarmışıq"


“Müharibədən 20 gün sonra hərbi əsir ola bilməz. Bizdə olan bütün əsirləri qaytarmışıq”.
Yeniavaz.com
xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransı zamanı deyib: O bildirib ki, digər ölkələr tərəfindən edilən istənilən spekulyasiyalar yersizdir:
“Özü də biz əsirləri onların bizə qaytardığından qabaq vermişik. Bu adamlar isə bu kateqoriyaya daxil deyillər, onlar diversant və terrorçudurlar. Beləliklə, Ermənistan və digər ölkələr tərəfindən edilən istənilən spekulyasiyalar yersizdir”.
Prezident İlham Əliyev digər diversiya qruplarının bölgəyə sızmayacağının təminatı olmadığını bildirib: “Ancaq biz işğaldan azad edilmiş ərazilərin təhlükəsizliyini yetərincə təmin edirik, müntəzəm reydlər, PUA-lar vasitəsilə, həmçinin vizual monitorinq keçiririk. Yəni vəziyyət tamamilə nəzarətimiz altındadır”.
 

DİGƏR XƏBƏRLƏR

Top