“30 il ərzində bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, eyni zamanda ayrı-ayrı ölkələr bizə açıq yaxud da qeyri rəsmi mesajlar göndərirdilər ki, reallıq var, Azərbaycan müharibədə məğlub edilmiş tərəfdir, siz reallıqla barışın və çalışın ki, bu reallıqdan maksimum özünüz üçün məqbul variant seçin”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün keçirilən mətbuat konfransı zamanı deyib. O bildirb ki, pis variantla daha pis variant arasında seçim etməyimizi istəyirdilər:
“Biz isə belə çağırışları hər zaman rədd edirdik. Və öz mövqeyimizdən bir addım belə geri atmırdıq. Və bunu mən açıq bəyan edirdim. İndi isə mən deyirəm ki, yeni reallıq yaranıb və bu reallığı biz yaratdıq. Bu reallıqla Ermənistan və bütün başqa ölkələr barışmalıdırlar. Ermənistanın qarşısında bir neçə seçim var. Onların arasında Ermənistan üçün ən məqbul seçim 10 Noyabr bəyanatını icra etməkdir. Əks təqdirdə onlar üçün daha da böyük problemlər yarana bilər”.