ABŞ Suriyanın şərqinə edilən hava hücumlarını təsdiqlədi


ABŞ Hərbi Hava Qüvvələrinin Suriyada İrana məxsus olduğu deyilən sərhəd keçid məntəqəsinə hava hücumu təşkil etdiyi təsdiqlənib. 
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi mətbuat konfransında məlumat verib:
“Zərbələr İraqda ABŞ və koalisiya nümayəndələrinə qarşı bu yaxınlarda edilən hücumlara cavabdır, həmçinin onlara qarşı davam edən təhdidlərlə əlaqədardır”.
Çoxsaylı iranpərəst qruplar, o cümlədən “Kətaib Hizbullah” və “Kətaib Seyid əş-Şühəda” tərəfindən istifadə olunan nəzarət-buraxılış məntəqəsindəki bir neçə obyekt zərbələrlə dağıdılıb.
“Bu hərbi cavab diplomatik tədbirlərlə yanaşı, koalisiya tərəfdaşları ilə məsləhətləşmələr də daxil olmaqla verilib”.
Kirbinin sözlərinə görə, əməliyyat birbaşa prezident Co Baydenin nəzarətindədir.

 

DİGƏR XƏBƏRLƏR

Top