İlham Əliyev Ermənistanda baş verənlərə münasibət bildirib


“Ermənistanda baş verən hadisələr Ermənistanın daxili işidir. Hadisələr onu göstərdi ki, mən tam haqlı idim”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, Ermənistanda gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır:
“Və bunun günahkarları Ermənistanın əvvəlki və indiki rəhbərləridir. Çünki 20 il ərzində Köçəryan-Sarkisyan xuntası Ermənistanı faktiki olaraq uçuruma aparırdı. Ölkə bütövlükdə demək olar ki, müstəqillik əlamətlərini itirmişdir. Daha çox müstəmləkəyə bənzəyirdi. Bunun əsas səbəbi işğaıçılıq siyasətidir. Çünki nə qədər torpaqlarımızı işğal altında saxlamaq istəyirdilərsə, o qədər də onlar asılı vəziyyətə düşürdülər”.
 

DİGƏR XƏBƏRLƏR

Top