Ordunun çevriliş cəhdindən sonra Ermənistanda son vəziyyət


Ermənistanda dünən baş verən hadisələrdən sonra ümumi vəziyyət normallaşıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. Bildirilib ki, müxalifətçilər gecəni parlament binası yaxınlığında çadırlarda keçirib. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı isə istefa çağırışndan sonra heç bir addım atmayıb.
Qeyd edək ki, dünən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı baş nazir Nikol Paşinyanı istefaya çağırmışdı. Daha sonra Paşinyan tərəfdarlarını mitinqə çağıraraq çevrilişə cəhd edənlərə xəbərdarlıq etmişdi.
 

DİGƏR XƏBƏRLƏR

Top