Rusiya və Türkiyə arasında uçuşların təhlükəsizliyinə dair memorandum imzalanıb

Rusiya Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı arasında Suriyada əməliyyatlar zamanı insidentlərin qarşısının alınması və uçuşların təhlükəsizliyinin təmin edilməsinə dair memorandum imzalayıb. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir. Məlumata görə, memorandum Rusiya Müdafiə Nazirliyində Suriyada İŞİD terror qruplaşması ilə mübarizədə Rusiya-Türkiyə əməkdaşlığına dair aparılmış məsləhətləşmələr zamanı imzalanıb. Sənəddə həmçinin terrorçuların obyektlərinə zərbələr endirilərkən Rusiya və Türkiyə Hərbi-Hava Qüvvələrinin koordinasiyası və qarşılıqlı fəaliyyətinin mexanizmləri müəyyənləşdirilib.APA

DİGƏR XƏBƏRLƏR

Top