Rusiya neft hasilatını azaltmağa başlayıb

Rusiya OPEK-ə üzv olan və olmayan ölkələr arasında əldə olunan razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəlikləri icra edir və neft hasilatının mərhələli azaldılması prosesinə başlayıb. “TASS”ın verdiyi xəbərə görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib. O, həmçinin qeyd edib ki, hasilat həcminin azaldılması neft şirkətlərinin planlarını qabaqlayır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bundan əvvəl Rusiya tərəfinin neft hasilatının azaldılmasına dair üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdiyini bildirib.APA

DİGƏR XƏBƏRLƏR

Top