Rusiya MN: “Dağlıq Qarabağ münaqişəsi zamanı “İsgəndər" tətbiq olunmayıb”


“İsgəndər” raket komplesklərindən heç biri Dağlıq Qarabağ münaqişəsi zamanı tətbiq olunmayıb.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya hərbi idarəsinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, bu tip raket sistemlərindən heç biri Dağlıq Qarabağdakı münaqişə zamanı istifadə olunmayıb.
Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi deyb ki, əgər raketdən istifadə olunsa, bu nəzarət sistemi tərəfindən qeydə alınır: "Bütün raketlər hazırda Ermənistan silahlı qüvvələrinin anbarlarındadır". 

Onun sözlərinə görə, "İskəndər-E" əməliyyat-taktiki raket sistemi Suriyada beynəlxalq terrorçulara qarşı döyüş şəraitində dəfələrlə sınaqdan keçirilib və uğurla istifadə olunub.

DİGƏR XƏBƏRLƏR

Top