Soyuq hava və qar koronavirusu məhv edir?


Qış xəstəliklərinə səbəb olan mikroorqanizmlər soyuq havalarda yaşaya bilmir. Digər tərəfdən qar yağdığı zaman insanlar arasında belə bir fikir formalaşır ki, mikroblar məhv olacaq. Ötən gün də Bakıya qar yağması bu fikri yenidən gündəmə gətirib və insanlar qarın koronavirusun məhv olmasında önəmli rol oynacağını iddia edirlər.
Yeniavaz.com
koronavirusinfo.az saytına istinadən xəbər verir ki, soyuq havanın yeni koronavirus və ya başqa xəstəlikləri məhv etməsinə dair heç bir əsas yoxdur: “İnsan bədəninin normal temperaturu xarici hərarət və havadan asılı olmayaraq 36,5 °C – 37 °C arası qalır. Yeni koronavirusdan qorunmağın ən yaxşı yolu mütəmadi olaraq əllərinizi sabun və su ilə yumaq, yaxud 60-70 %-li spirt tərkibli məhlullarla təmizləməkdir. 
Ümumiyyətlə, koronaviruslar soyuq və quru mühitlə müqayisədə yüksək temperatur və yüksək nəmlik şəraitində daha qısa müddət ərzində sağ qalır. Lakin, bizim nə sırf bu virusla bağlı, nə də virusun aktivliyini itirdiyi temperaturun dərəcəsi ilə bağlı hələ ki dəqiq məlumatımız yoxdur. Lazımi temperatur, həmçinin səthin materialından, ətraf mühitdən və s. asılı olur. Temperaturun səviyyəsindən asılı olmayaraq təmizlik və dezinfeksiya tövsiyələrinə əməl etməyiniz xahiş olunur”.

DİGƏR XƏBƏRLƏR

Top