Ermənistanın Baş naziri Nikol Paşinyan istefa tələb edən orduya səslənib.
Yeniavaz.com “news.am”a istinadla xəbər verir ki, Paşinyan tərəfdarlarına səsləndiyi mitinqdə Ermənistan ordusuna çağırış edib. O bildirib ki, bütün hərbçilər öz vəzifələrinə geri qayıtsınlar:
“Hərbçilərə öz işlərini görmələrini və Ermənistanın sərhədlərini qorumağı əmr edirəm. Xalq Ermənistanda dövlət çevrilişinə yol verməz, buna əminəm”.
Paşinyan çıxışı zamanı həmçinin Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyana da səslənib. O, Qasparyanı könüllü şəkildə istefaya çağırıb.
Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Paşinyanın istefasını tələb edib.