Prezident “Dostluq” yatağı ilə bağlı Anlaşma Memorandumunu təsdiqləyib


Prezident İlham Əliyev“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanunu imzalayıb.

Yeniavaz.com xəbər verir ki, sənəddə deyilir:

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

DİGƏR XƏBƏRLƏR

Top