Son bir ildə Azərbaycanda 752 bank əməkdaşı işini itirib


Son bir il ərzində Azərbaycanın bank sektorunda işləyənlərin sayı 3,9% və ya 752 nəfər azalıb. 
Yeniavaz.com
Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanın bank sektorunda 18 min 708 nəfər çalışıb. 
Qeyd edək ki, 2020-ci ilin əvvəlində bank sektorunda işləyən işçlərin sayı 19 min 460 nəfər olub. 
Onu da bildirək ki, son bir ildə Azərbaycanda fəaliyyət göstərən 4 bankın (“AGBank”, “NBCBank”, “Atabank” və “Amrah Bank”) lisenziyası ləğv olunub. Nəticədə bankların sayı 30-dan 26-ya, bank filialllarının sayı 509-dam 455-ə, bank şöbələrinin sayı isə 133-dən 109-a düşüb.

DİGƏR XƏBƏRLƏR

Top