Azərbaycanda bankların nə qədər bankomatı olduğu AÇIQLANDI


Bu ilin fevral  ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda quraşdırılan bankomatların ümumi sayı 2 min 740 ədəd olub. 
Yeniavaz.com
Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, son bir ay ərzində ölkədəki bankomatların sayı 23 ədəd artıb. Verilən məlumatda həmçinin bildirilir ki, bankomatların 1436 ədədi Bakıda, 1304 ədədi isə regionlarda quraşdırılıb.
Bu ilin yanvar ayında Bakıda quraşdırılan bankomatların sayı 7 ədəd, regionlarda quraşdırılan bankomatların sayı isə 18 ədəd artıb.
Mərkəzi Bankın məlumatında həmçinin qeyd olunur ki, son bir ay ərzində POS-terminalların sayı 289 ədəd artaraq 57 min 409 ədəd olub. Ötən ilin yanvar ayı ilə müqayisədə isə POS-terminalların sayı 11 min 395 ədəd azalıb.

DİGƏR XƏBƏRLƏR

Top