Qubada qarlı yollar traktorla təmizlənir? – Rəsmi AÇIQLAMA + VİDEO


Qubada qarlı yolların traktorla təmizlənməsinin görüntüləri yayılıb
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdən də aydın olduğu kimi Qubada  qarla örtülmüş asfalt yol “DT-75” traktorla təmizlənir.
Məsələ ilə bağlı Quba rayon İcra Hakimiyyətinin İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədovla əlaqə saxladıq. A.Məmmədov Yeniavaz.com-a açıqlamasında bildirdi ki, Qubada yolların qar və buzdan təmizləmənməsi üçün kifayət qədər texnika var:
“Ola bilər həmin görüntülər əvvəl çəkilib. Biz müasir dövrdə yaşayırıq və şəhər təsərrüfatının da müasir texnikaları var. Həmin texnikaların görüntüləri də ötən gün KİV-lərdə işıqlandırılıb. Görüntülərdə olan formada texnika yoxdur. Dünən də operativ şəkildə şəhərin bütün yolları qar və buzdan təmizlənib”.

DİGƏR XƏBƏRLƏR

Top