"Qasparyan "İskəndər"lə Bakı-Ceyhanı vurmaq istəyir, ancaq..." – Qabriyelyanov


"İzvestiya" qəzetinin direktorlar şurasının sədri Aram Qabriyelyanov İkinci Qarabağ Müharibəsi bağlı növbəti qalmaqallı açıqlama verib.
Yeniavaz.com
xəbər verir ki, Aram Qabriyelyanov öz “telegram” kanalı vasitəsilə yaydığı məlumatda İkinci Qarabağ Müharibəsi vaxtı Ermənistan ordusunda yaşanan hadisələrdən danışıb. O bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanla söhbət edə bilib. Qasparyan Qabriyelyana “İskəndər” raketi ilə Bakı-Ceyhan neft boru kəmərini vurmaq istəyi barədə danışıb:
“Müharibənin üçüncü günü ordunun Baş Qərargah rəisi olaraq “İskəndər”dən iki strateji hədəfdə istifadə etməyə qərar verdim. Bakı-Ceyhan neft kəməri və başqa bir hədəf. Paşinyan qəti şəkildə bunu qadağan etdi. Daha sonra Şuşada toplanan Azərbaycan qüvələrini iki “İskəndər”lə vurmaq üçün icazə istədim. Paşinyan, “bir anda bir neçə min düşmən əsgərini öldürsək dünya bizə lənət edər” - deyə cavab verdi. Nəhayət Şuşada həmin raketdən istifadə barədə icazə ala bildim və atdım. Nəticədə, Şuşaya bir neçə tank çıxara bildik”. 
Qeyd edək ki, bu gün Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Nikol Paşinyanın istefası tələbi ilə bəyanat yaymışdı. Daha sonra Paşinyanın sərəncamı ilə Qasparyan istefaya göndərildi.

DİGƏR XƏBƏRLƏR

Top