Paşinyan qoltuğuna səsucaldan vurub Respublika Meydanında çıxış edir


Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfdarları ilə görüşmək üçün Respublika Meydanına gedib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Paşinyan “facebook”da çıxışı zamanı bildirib ki istefa həll yolu deyil:
“İstefamın problemin həlli olduğuna əmin deyiləm. Bir neçə həll yolu təqdim etdim. Ölkə polisi və Milli Təhlükəsizlik Xidmətinin rəhbərlərinin Baş Qərargah kimi bir açıqlama verəcəyindən narahat deyiləm".
Paşinyan bu çıxışından sonra səsucaldanı da götürüb tərəfdarları ilə görüşəcəyi meydana yollanıb.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin baş qərargahının Paşinyanın istefası ilə bağlı bəyanatından sonra o öz tərəfdarlarını meydana çağırmışdı.

DİGƏR XƏBƏRLƏR

Top