Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın “İskəndər” raketləri ilə bağlı dediklərinə münasibət bildirib.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Peskov Paşinyanın Dağlıq Qarabağdakı hərbi əməliyyatlar zamanı istifadə olunan “İskəndər” raketlərinin yalnız 10 fazinin partladığı barədə söylədiklərinə cavab verib. O bildirib ki, Rusiya hərbi texnologiyaları effektivliyini dəfələrlə sübut edib:
"Biz Paşinyanın həmin sözlərinə şərh vermirik. Rusiya texnologiyası dəfələrlə dünyanın müxtəlif yerlərində effektivliyini nümayiş etdirib”.