Kreml Ermənistanda baş verən hadisələrlə bağlı açıqlama yaydı


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan ordusunun baş qərargahının baş nazir Nikol Paşinyana qarşı çıxamasına münasibət bildirib.
Yeniavaz.com
Rusiya mətbuatına istinadla xəbər verir ki, Peskov jurnalistlərə açıqlamasında “biz Ermənistandakı vəziyyətin inkişafını narahatlıqla izləyirik"-deyə bildirib.
Qeyd edək ki, bu gün Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı mövcud vəziyyətlə əlaqədar olaraq ordunun baş nazir və hökumətin istefasını tələb etdiyi barədə bəyanat yayıb. Daha sonra Paşinyan ordunun çevrilişə cəhd etdiyini deyərək Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərib.

DİGƏR XƏBƏRLƏR

Top