Mingəçevirdə polis gücləndirilmiş iş rejiminə keçib - FOTOLAR


Mingəçevirdə müşahidə olunan qarlı hava şəraitinə görə Dövlət Yol Polisinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışıblar.
Bununla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi, polis mayoru  Cəmşid Abbasov Yeniavaz.com-a məlumat verib. O bildirib ki, belə bir şəraitdə hərəkətin təhlükəsizliyini təmin etmək hər bir yol polisindən yüksək peşəkarlıq tələb edir:
“Biz də çalışmışıq ki, heç bir məsuliyyətsizliyə yol verməyək. Əməkdaşlarımız demək olar ki, var qüvvələri ilə çalışıblar. Yolda qalan bir neçə avtomobilə və sərnişinlərə kömək olunub. Heç bir yol nəqliyyat hadisəsi baş verməyib. Avtomobil yollarına qum səpilib. Hal-hazırda nəqliyyat vasitələrinin hərəkəti davam edir”.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top