Ermənistanda valideynlər övladlarının Qarabağa getməsini istəmirlər


Övladları Qarabağın seperatçıların nəzarətində olan hissəsində xidmət edən əsgərlərin valideynləri Ermənistan Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bəziləri övladlarının geri gətirilməsini tələb edərkən, bəziləri də məzuniyyətdə olan övladlarının yenidən Qarabağa göndərilməməsini tələb ediblər. 
Valideynlərdən biri övladının məcburi şəkildə maşına mindirilərək Qarabağa göndərildiyini qeyd edib:
“Oğlumun Qarabağda xidmət etməsini istəmirəm, onu ancaq Ermənistan daxilində bir yerə göndərsinlər. Uşaqlarımızı zorla maşınlara mindirdilər, bu bizim üçün qəbuledilməzdir".
Qeyd edək ki, ötən gün Ermənistanda yerləşən hərbi hissələrin birində çox sayda əsgər Qarabağın seperatçıların nəzarətində olan bölgəsinə aparılması üçün zorla avtobuslara mindirilib. Lakin, əsgərlər Qarbağa getməkdən imtina ediblər. Daha sonra hadisə yerinə əsgərlərin valideyinləri gəlib və avtobusların qarşısını kəsiblər. Bundan sonra əsgərlər avtobustan çıxaraq fərarilik ediblər.

DİGƏR XƏBƏRLƏR

Top