Banklar ən çox bu sahələrə kredit ayırıb - SİYAHI


Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən ölkə iqtisadiyyatına 14 milyard 587,4 milyon manat kredit ayrılıb.
Yeniavaz.com
Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, bu ilin fevral ayının əvvəlinə məlumata görə, ən çox kredit qoyuluşu hər zaman olduğu kimi ev təsərrüfatlarına (istehlak kreditləri) olub. 
Ev təsərrüfatlarına verilən kreditlər ümumi kreditlərin 46,5%-nə bərabər olub. Yanvar ayı ərzində bu növ kreditlər üzrə artım baş verib. İlin əvvəlindən ötən 1 ay ərzində istehlak kreditlərtinin həcmi 72,4 milyon manat artaraq 6 milyard 781,7 milyon manata olub.
Bundan başqa ümumi kreditlərin 2 milyard 607,3 milyon manatı ticarət və xidmət sektoruna ayrılıb. Bu sektorun ümumi kredit portfelindəki payı dəyişməz qalıb – 17,9%. 
İnşaat və əmlak sektoruna isə 527,1 milyon manat kredit yönəldilib. Bu sahəyə qoyulan kreditlərin də həcmi ilini əvvəlindən 7,2 milyon manat artıb və ümumi kredit portfelindəki payı 3,9% olub. 
Nəqliyyat və rabitə sektorunun maliyyələşdirilməsinə 832,2 milyon manat kredit ayrılıb ki, bu da ilin əvvəlindən ötən 1 ay ərzində 16,3 milyon manat azalma deməkdir. Nəqliyyat və rabitə sektoruna  yönəldilən kreditlərin ümumi kredit portfelindəki payı ilin əvvəlindəki 5,8%-dən 5,7% səviyyəsinə enib.
Sənaye və istehsal sektoruna isə banklardan 981,6 milyon manat vəsait cəlb edib. Bu, ilin əvvəli ilə müqayisədə 268,5 milyon manat azdır. Sektorun ümumi kreditləşmədə payı isə 8,6%-dən 6,7%-ə enib.
Kənd təsərrüfatı və emal sektoru isə kredit təşkilatlarından 573 milyon manat borc ala bilib. Bu sahəyə verilən kreditlərin məbləği cüzi miqdarda - 6,8 milyon manat artıb, ümumi kredit portfelindəki payı dəyişməz qalıb – 3,9%. 
Energetika, kimya və təbii ehtiyatlar sektoruna isə 771 milyon manat ayrılıb. Bu isə ilin əvvəli ilə müqayisədə 246,5 milyon manat çoxdur. Bu sahəyə verilən kreditlərin ümumi kredit portfelindəki payı isə ilin əvvəlindəki 3,6%-dən 5,3%-ə yüksəlib.
Kredit təşkilatları ipoteka kreditləşməsi də daxil olmaqla daşınmaz əmlakın tikintisi və alınmasına isə 2 milyard 119,7 milyon manat borc verib. Bu, son 1 ay ərzində 26,3 milyon manat artım deməkdir. Sektorun ümumi kreditləşmədə payı isə artıb - 14,4%-dən 14,5%-ə yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top