Moskvada azərbaycanlıların restoranına hücum edən ermənilərə hökm oxundu


Moskvanın “Nikulinski” məhkəməsi 2020-ci ilin iyulunda azərbaycanlıların “1001 Gecə” restoranına edilən hücumda iştirak edən 7 erməni barədə qərar verdi. 
Yeniavaz.com
“Kommersant.ru”ya istinadla xəbər verir ki, restoranda quraşdırılmış videokamera vasitəsilə hücum edən şəxslərin kimliyi tapılıb. Onların hamısı cinayətkarlıqda təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum ediliblər. Restoranın sahibi tərəfindən maddi və mənəvi ziyanın ödənilməsi barədə isə heç bir iddia qaldırılmayıb. 
Qeyd edək ki, Moskvada azərbaycanlılara məxsus olan "1001 Gecə" restoranına 24 iyul 2020-ci il səhər saat dörd radələrində 7 erməni hücum etmişdi.  Onlar, Artak və Seyran Nikoyan, Armen və Arsen Apriyan, Argişt və Nareq Petrosyan, Razmiq Sahakyan adlı ermənilər olub. Onlar restoranın qapısını sındıraraq içəri daxil olublar və ətrafdakı hər şeyi parçalayıblar.

DİGƏR XƏBƏRLƏR

Top