İordaniya rəsmiləri COVID-19 infeksiyasının artması səbəbilə ölkədə komendant saatı tətbiq edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, İordaniyada krallığın baş naziri Bişər əl Xasavneh komendant saatının saat 22:00-dan 06:00-a qədər qüvvədə qalacağını əmr edib. Yeni tətbiq edilən qadağalarda həmçinin bildirilib ki, ölkə vətəndaşlarına məsciddə namaz qılmaq üçün cümə günləri bir saat piyada getmələrinə icazə verilir.