Pentaqon: “Ordumuz İranı daha yaxından izləməyə başladı"


ABŞ-ın Müdafiə Nazirliyi Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təşkil etdiyi videokonfransda təhdedici açıqlamalar verib.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin sədr müavini general Con Hayten hazırda bir sıra ölkələrin Pentaqonun diqqət mərkəzində olduğunu bildirib:
“Milli raketdən müdafiə sistemlərimiz açıq şəkildə Çin, Rusiya və İrana deyil, Şimali Koreyaya yönəldilib. İranı isə diqqətlə izləməyə başlayırıq, çünki İran raket istehsalına əhəmiyyətli dərəcədə davam edir”.
ABŞ-lı general həmçinin qeyd edib ki, nüvə doktrinalarını, raket əleyhinə müdafiə sistemləri və kosmik sahəni həmişə nəzarətdə saxlayırlar

DİGƏR XƏBƏRLƏR

Top