Qabonda “Shell”in işçiləri tətilə başlayıblar

Qabonda “Royal Dutch Shell” şirkətinin şçiləri “fasiləsiz” tətilə başlayıblar. “Reuters” xəbər verir ki, bu barədə işçilərin Həmkarlar İttifaqı bildirib. Mənbənin bildirdiyinə görə, “Shell” Qabondakı aktivlərini 700 mln. dollar satmağa çalışır və əməkdaşlar işdən çıxarılmaq, yaxud digər əraziyə getməklə bağlı narahatlıq keçirirlər. Neft işçilərinin Milli İttifaqından verilən açıqlamada vurğulanır ki, tətil “Shell”in Qabondakı bütün əməliyyatlarını əhatə edəcək. Məsələ ilə əlaqədar şirkətdən hər hansı açıqlama verilməyib və hasilatın bundan zərər görüb-görməməsi barədə məlumat yoxdur. Ötən ilin dekabr ayında Həmkarlar İttifaqı “Shell”in Qabondakı bütün işçilərinin şirkətin aktivlərini alacaq şirkətdə işçə götürülməsi və 5 il ərzində hər hansı işdən çıxarmanın olmamasını tələb edib.Report

DİGƏR XƏBƏRLƏR

Top