Bakıda yolda qalanlar bu çadırda isinir, isti yemək yeyir - FOTO


Bakıda qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar üçün quraşdırılan çadırlardan biri Nərimanov rayonu ərazisindəki Nərimanov parkındadır.

Çadırların quraşdırılması Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir.

Hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar burada həm isti çay içə, həm isti yemək yeyə, həm də dincələ bilirlər.

Qeyd edək ki, çadırlar qarlı hava şəraitinin bütün günlərində açıq olacaq. Bu işə nəzarəti RİİB-in könüllüləri və icra hakimiyyətinin əməkdaşları edir.

(Report)

DİGƏR XƏBƏRLƏR

Top