Tacikistan prezidenti oğlunu mer təyin etdi

Tacikistan prezidenti Emomali Rahmon böyük oğlu Rüstəm Emomalini ölkə paytaxtı Düşənbənin meri təyin edib. “Yeniavaz.com”un “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçısı müvafiq fərman imzalayıb. 29 yaşlı R. Emomali bunadək Korrupsiya ilə mübarizə və maliyyə nəzarəti agentliyinə rəhbərlik edib. O, MDB məkanında ən gənc general hesab edilir. Düşənbənin keçmiş meri Mahmudsəid Ubaydulloyev paytaxta 20 il rəhbərlik edib. O, müavinləri və şəhər rayonlarının başçıları ilə birlikdə istefaya göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top